• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Bakı delimitasiyanı bu cür aparacaq - Ohanyan

DÜNYA

16 Sentyabr 2024 | 19:12

Bakı delimitasiyanı bu cür aparacaq - Ohanyan

Azərbaycan delimitasiyanı yalnız onun üçün faydalı olan yerdə aparacaq.

Bakıvaxtı.az bildirir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə keçirdiyi brifinqdə delimitasiya komissiyalarının reqlamentinin mətnini şərh edərkən deyib.

"Əsasnamədə mövcud olan ziddiyyətlər Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunarsa, Azərbaycanın Ermənistana təzyiq göstərməsi üçün əsas olacaq. Orada ən azı iki qeyri-real məqam var. Birincisi, Almatı Bəyannaməsinin bəndinə dəyişiklik edilməsinin mümkünlüyünə, ikincisi, müəyyən ərazilərdə delimitasiya və demarkasiyanın aparılmasının mümkünlüyünə aiddir. Azərbaycan harda öz maraqlarına uyğun delimitasiya aparmaq istəyirsə, bunu edəcək. İstəmədiyi yerdə olmayacaq. Azərbaycan Konstitusiya Məhkəməsinin icazəsindən İrəvana daha çox təzyiq göstərmək üçün istifadə edəcək", - o bildirib./axar.az


SON XƏBƏRLƏR

18 Sentyabr 2024