• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Nigeriyada məhbuslar həbsxanadan qaçdı: 270 nəfəri...

DÜNYA

16 Sentyabr 2024 | 17:13

Nigeriyada məhbuslar həbsxanadan qaçdı: 270 nəfəri...

Nigeriyada leysan yağışları nəticəsində zərər görən həbsxanadan 270 məhbus qaçıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayımlanıb.

BBC-də yayımlanan xəbərə görə, Borno əyalətinin paytaxtı Maiduquridə leysan yağışların səbəb olduğu sel nəticəsində zərər görən həbsxanadan çox sayda məhbus qaçıb.

Nigeriya Cəza Qurumunun sözçüsü Ömər Əbubəkar verdiyi açıqlamada məhbusların həbsxananın divarları zədələndikdən sonra daha təhlükəsiz yerə evakuasiya edilərkən qaçdığını bildirib. 

Təhlükəsizlik bölmələrinin indiyədək qaçan 7 məhbusu ələ keçirdiyini bildirən Əbubəkar digər məhbusların tutulması üçün təhlükəsizlik bölmələri ilə birlikdə çalışdıqlarını diqqətə çatdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Sentyabr 2024