• Bakı 18° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

SOMDA-nın yeni rəis müavini bəlli oldu - VMQ imiş...

SİYASƏT

25 May 2026 | 14:59

SOMDA-nın yeni rəis müavini bəlli oldu - VMQ imiş...

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən Vətən Mübaribəsi Qəhrəmanı polkovik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini təsdiqlənib.

Qeyd edək ki, Füzuli İmrəliyev daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışıb. Sonradan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Kobra” xüsusi təyinatlı dəstəsinin komandiri olub. Sonuncu vəzifədə xidmət edərkən Vətən Müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daşaltı əməliyyatı zamanı yaralanan İmrəliyev müxtəlif orden və medallarla təltif edilib.


SON XƏBƏRLƏR