• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Azərbaycan sülh sazişinin bu formada imzalanmasının əleyhinədir - AÇIQLAMA

SİYASƏT

16 Sentyabr 2024 | 16:49

Azərbaycan sülh sazişinin bu formada imzalanmasının əleyhinədir - AÇIQLAMA

Fransanın xarici işlər naziri Stefan Sejurn Ermənistana səfər edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Stefab Sejurn həmkarı Arorat Mirzoyanla, Baş nazir Nikol Paşinyanla görüşüb. Fransalı nazir Ermənistanı Rusiyanın təzyiqindən qoruyacaqlarına söz verib. Xüsusi olaraq qeyd edib ki, Fransada siyasi qüvvələr arasında razılaşmanın olduğu mövzular azdır:

"Ermənistan azsaylı belə mövzulardan biridir".

"Pis niyyətimiz yoxdur" deyən Fransa təmsilçisi Ermənistanı silahlandıracaqlarını, hərbi əməkdaşlığı davam etdirəcəklərini deyib:

"Ermənistan öz ərazisini, bütövlüyünü və əhalisini qorumağı bacarmalıdır. İki ölkənin müdafiə sahəsində əməkdaşlığı regionda vəziyyəti gərginləşdirməyə yönəlməyib, heç kimin belə niyyəti yoxdur".

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a deyib ki, Fransanın xarici işlər nazirinin Ermənistana səfəri məqsədyönlüdür.

Analitik vurğulayıb ki, Fransa hökumətinin xarici siyasətinin Cənubi Qafqazla bağlı prioritetlərini müəyyən edən bu səfər təəssüflər olsun ki, Parisin ənənəvi anti-Azərbaycan mövqeyini bir daha göstərib:

"Digər tərəfdən görünən odur ki, Fransa ümumiyyətlə regional ölkələrin əməkdaşlığından narazı və narahatdır. Azərbaycanın Rusiya və digər qonşu ölkələrələ konstruktiv münasibətlər qurması nəticəsində Ermənistan bölgədə təklənir. Fransa rəsmiləri tez-tez Ermənistana səfər edərək İrəvanın yalnız olmadığını, havadarlarının daim ermənilərin yanında durduğunu sanki göstərməyə çalışırlar. Ermənistanın destruktiv siyasətində Paris İrəvana hərtərəfli dəstəyini verir. Bu dəstək sözlə yox, konkret əməllərlə ifadə olunur”.

İlqar Vəlizadə, politoloq

Müsahibimizin sözlərinə görə, Fransa XİN rəhbəri açıq şəkildə bildirib ki, Ermənistana silahlar veriləcək:

“Sejurn da Paşinyan və Mirzoyan kimi sülh sazişinin tezliklə, indiki formada imzalanmasının zərurətindən danışıb. Halbuki saziş mətninin 13 bəndi ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olsa da, razılaşdırılmamış mühüm bəndləri qalmaqdadır”.

Ekspert qeyd edib ki, Azərbaycan indiki məqamda, daha doğrusu sülh sazişinin bu formada imzalanmasının qəti əleyhinədir:

“Çünki müqavilə tam dolğun olmayacaq, yarımçıq sənəd kimi qalacaq. Prinsipial məsələlər sazişdən kənar qalacaq. İrəvana dəstək verən Fransa da sülh müqaviləsinin natamam imzalanmasında maraqlı olduğunu göstərir".

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Sentyabr 2024