• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Qəzadan sonra ilk dəfə efirə çıxdı - FOTO

ŞOU

16 Sentyabr 2024 | 16:33

Qəzadan sonra ilk dəfə efirə çıxdı - FOTO

Aparıcı Aytən Səfərova bir müddətlik fasilədən sonra yenidən efirə qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı “Xəzər”  TV-də yayımlanan “Xəbər ertəsi” proqramı ilə tamaşaçıların qarşısına çıxıb.

İlk dərs günü efirə çıxan aparıcı həmkarı Mehman Rəsulovla birlikdə bir çox məsələlərə toxunublar. Məktəbli formalarının qiymətini də müzakirə edən Səfərova bildirib ki, bu gün oğlu Nizami birinci sinfə gedir. 

Xatırladaq ki, Aytən Səfərova aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospektində qəzaya düşüb. Aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. O, ağır xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024