• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Anası dərslərini oxumayan 7 yaşlı qızını xəstəxanalıq etdi - YENİLƏNİB

CƏMİYYƏT

09 Sentyabr 2024 | 22:00

Anası dərslərini oxumayan 7 yaşlı qızını xəstəxanalıq etdi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Xudat şəhərində azyaşlı anası tərəfindən döyülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub. 

Tibbi ekspertiza təyin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

20:35

Xudat şəhərində azyaşlı anası tərəfindən döyülüb. 

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

Belə ki, Qusar rayon sakini 7 yaşlı Zəhra Camal qızı ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyülüb. 

Hadisəyə səbəb isə azyaşlı Zəhranın dərslərinə hazırlaşmaması olub. 

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. /unikal


SON XƏBƏRLƏR

16 Sentyabr 2024