• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Göyərtəsində 200 miqrantın olduğu qayıq BATDI

DÜNYA

09 Sentyabr 2024 | 16:33

Göyərtəsində 200 miqrantın olduğu qayıq BATDI

Seneqaldan Avropa İttifaqı (Aİ) ölkələrinə keçməyə çalışan 200 qeyri-qanuni miqrantı daşıyan qayıq batıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Seneweb” xəbər portalı məlumat yayıb.

Qeyd edilib ki, hazırda itkin düşənlərin axtarışı aparılır, onların dəqiq sayı məlum deyil. Səlahiyyətlilər dörd nəfərin öldüyünü təsdiqləyiblər.

Öz növbəsində, “Reuters” bildirib ki, altı nəfər ölüb və dörd nəfər xilas edilib.

Qayıq sahildən 4 km aralıda çevrilib. Göyərtədə olan miqrantların əksəriyyəti Seneqalın sahil şəhəri Mburun sakinləri olub. Qəzanın səbəbləri məlum deyil.


SON XƏBƏRLƏR