Dairənin qərarlarından şikayətlərin MSK-ya təqdim edilməsi vaxtı bitib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 9-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, MSK bundan sonra ancaq 25 dairənin 49 məntəqəsindən daxil olmuş şikayətləri araşdıracaq.
"Mən müraciət edirəm, həmin dairələrdən və məntəqələrdən əldə edilmiş hansısa görüntülər varsa, onları da bizə təqdim etsinlər. Amma yalnız həmin 25 dairə üzrə qeydə alınan görüntülər olmalıdır".