• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Millimiz Türkiyəyə böyük hesabla uduzdu

İDMAN

09 Sentyabr 2024 | 22:22 | Müəllif: Subhan Mahmudov

Millimiz Türkiyəyə böyük hesabla uduzdu

Bu gün Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Darıca” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar sentyabrın 12-də eyni stadionda ikinci yoldaşlıq görüşündə də qarşılaşacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026