• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Bu ölkədə dövlət qulluqçularının maaşlarının artırılması qadağan edildi

DÜNYA

09 Sentyabr 2024 | 19:20

Bu ölkədə dövlət qulluqçularının maaşlarının artırılması qadağan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov 2024-2026-cı illər üçün dövlət qulluqçularının əməkhaqqının artırılmasına moratorium tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq fərman hökumətin "Erkin Too" qəzetində dərc olunub.

"Dövlət idarələri, komitələri, prezidentin bölgələrdəki səlahiyyətli nümayəndəlikləri, habelə yerli idarəetmə orqanlarının işçilərinin əməkhaqqının artırılmasına qadağa qoyulur", - sənəddə bildirilib.

Qeyd olunub ki, qərar ölkənin dövlət büdcəsinin xərclərini optimallaşdırmaq məqsədi daşıyır.

Fərman sentyabrın 3-də dərc edilib və dərc edildiyi gündən 7 gün sonra qüvvəyə minir./report


SON XƏBƏRLƏR

16 Sentyabr 2024