• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Stokholm hava limanının fəaliyyəti dayandırıldı

DÜNYA

09 Sentyabr 2024 | 23:11

Stokholm hava limanının fəaliyyəti dayandırıldı

Sentyabrın 9-da axşam saatlarında “Stokholm Arlanda” Beynəlxalq Hava Limanı fəaliyyətini 2 saatdan çox müddətə dayandırıb.

Bakıvaxtı.az  xəbər verir ki, buna səbəb idarəetmə qülləsindən görünən müxtəlif ölçülü dörd pilotsuz uçuş aparatı olub.

Polis mümkün təxribat cəhdini araşdırır. “Biz vəziyyəti araşdırırıq və məlumat toplamağa davam edirik. Hazırda heç kim saxlanılmayıb. Bunun qəsdən törədildiyindən şübhələnirik”, - Stokholm polisi bildirib.

Oxşar hadisə ötən gün Uppsalada mühafizə olunan obyektlərin yaxınlığında da qeydə alınıb.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024