• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Naxçıvanda AĞIR QƏZA: Yaralılar var

HADİSƏ

09 Sentyabr 2024 | 19:56

Naxçıvanda AĞIR QƏZA: Yaralılar var

Naxçıvanda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Nehrəm yolunda baş verib.

"Mercedes" markalı avtomobillə "QAZel" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Babək rayonu Məzrə kənd sakini, 1976-cı il təvəlludlu Abbasov Fərhad Gülməmməd oğlu, Gülşənabad kənd sakini, 1979-cu il təvəllüdlü Zeynalov Şükür Abbas oğlu və Nehrəm qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənov Mənsur Hüseyn oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024