• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Dünyanın ən böyük “iPhone”u istehsal olundu - REKORD

MULTİMEDİA

09 Sentyabr 2024 | 17:47

Dünyanın ən böyük “iPhone”u istehsal olundu - REKORD

Fərqli layihələr həyata keçirən “YouTube” kanalı “DIY Perks” və eyni zamanda texnologiya kanalı olan “Mrwhosetheboss” yeni bir video yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, videoda dünyanın ən böyük “iPhone”un hazırlandığı və cihazın da aktiv şəkildə işlədiyi göstərilir.

Bu nəhəng “iPhone” həm də Ginnesin Rekordlar Kitabına düşüb.

Normalda “iPhone”larda əməliyyat sistemi olaraq iOS-dur. Ancaq bu cihazda iOS kimi görünən Android əməliyyat sistemi var. Bununla belə, bu cihaz “Windows” əməliyyat sistemi ilə də işləyə bilər.

Dizaynını əsl “iPhone”a bənzədən komanda cihazda bir çox texnologiyadan istifadə edib. Tamamlanmış telefonun sensor ekran, kamera, fənər və şarj portu kimi bütün funksiyaları ehtiva etdiyi bildirilir.

Cihaz dünyanın ən böyük smartfon klonu kimi qeydə alınıb. Lent.az


SON XƏBƏRLƏR

16 Sentyabr 2024