• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Ali məktəblərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatına başlanıldı

CƏMİYYƏT

09 Sentyabr 2024 | 18:30

Ali məktəblərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatına başlanıldı

Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq.

Abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024