• Bakı 20° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

Prezident Astanada sülh müqaviləsi üzrə danışıqların aparılması təklifini məqbul hesab edir

SİYASƏT

09 Sentyabr 2024 | 16:11

Prezident Astanada sülh müqaviləsi üzrə danışıqların aparılması təklifini məqbul hesab edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sentyabrın 9-da Qazaxıstanın dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR