• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Rusiya qoşunları Belarus istehsalı yük maşınlarına keçdi

DÜNYA

10 Sentyabr 2024 | 01:00

Rusiya qoşunları Belarus istehsalı yük maşınlarına keçdi

Rusiya hərbçiləri Ukraynadakı müharibədə Minsk Avtomobil Zavodunun istehsal etdiyi yük maşınlarından istifadə edirlər. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçisi Eqor Letov foto yayımlayıb.

Qeyd olunur ki, yük maşınları arasında Belarusun MAZ-5316 yük maşını Luqansk vilayətində, Luqansk və Stanitsa arasında görüntülənib.

"Bu yük maşını Ukrayna Müdafiə Qüvvələrindən qənimət olaraq götürülməyib. “Boqdan” adı ilə istehsal olunan Ukrayna “MAZ”ları fərqli işarəyə malikdir", - " Militarny" nəşri yazıb.

Qeyd edək ki, Sovet İttifaqı dağılandan sonra Rusiya Minsk Avtomobil Zavodunun məhsullarından imtina etmişdi.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024