• Bakı 19° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Baş katib rus ordusunun gündəlik itkisini açıqladı

DÜNYA

09 Oktyabr 2024 | 22:47

Baş katib rus ordusunun gündəlik itkisini açıqladı

Rusiya ölkənin kritik enerji infrastrukturuna hücumu davam etdirdiyi üçün Ukrayna ən sərt qışı yaşamağa məhkumdur.

Bakıvaxtı.az  xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.

"NATO Ukraynaya daha çox kömək etməlidir və edəcək. Biz nə qədər çox hərbi dəstək etsək, bu müharibə bir o qədər tez bitəcək", - Rutte bildirib.

O vurğulayıb ki, NATO ölkələrinin köməyi Ukraynanın mübarizəni davam etdirməsi üçün həyati əhəmiyyət kəsb edir.

NATO-nun baş katibi cəbhədəki vəziyyəti Ukrayna üçün "çətin" adlandırıb:

"Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirsə də, ruslar Donbasda yavaş-yavaş irəliləməyə davam edir".

O, Rusiyanın itkilərinin çox olduğunu, hər gün 1000 ölü və yaralı qurban verdiklərini qeyd edib./axar.az


SON XƏBƏRLƏR

09 Oktyabr 2024