• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək

DÜNYA

09 Sentyabr 2024 | 21:00

Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək

Latviya və Rumıniyanın xahişi ilə NATO-nun ən yüksək səviyyəsində “dron insidentləri” ilə bağlı müzakirə aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviç “TV24” telekanalına müsahibəsində bildirib.

“Daha geniş nöqteyi-nəzərdən görürük ki, Polşa, Rumıniya və indi də Latviya kimi NATO-ya üzv ölkələrin ərazisinə dronlar vasitəsilə soxulmaq ilə bağlı oxşar insidentlər artıq baş verib. Müxtəlif tipli insidentlərin nəzərə alınmalı olduğu yeni reallıq var və bu yeni təhdidlərə qətiyyətlə qarşı çıxmaq üçün daha tutarlı ümumi NATO strategiyası hazırlanmalıdır”, - Rinkeviç deyib.

Onun fikrincə, eyni zamanda Latviyanın imkanlarını, məsələn, müxtəlif növ potensial təxribatçı elementlərə, o cümlədən hava hücumundan müdafiə sistemlərinə qarşı mübarizədə, daim təkmilləşdirmək lazımdır.

Xatırladaq ki, daha əvvəl sentyabrın 7-də Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatının Belarusdan Latviyaya uçduğu, sonra isə Rezekne diyarında qəzaya uğradığı bildirmişdi. Latviya Müdafiə Nazirliyinin məlumatına görə, ilkin məlumatlar obyektin Latviyada düşmən hədəflərinin olmadığını göstərib. Bu vəziyyəti şərh edən Latviya Prezidenti isə bildirib ki, hazırda Müdafiə Nazirliyi və Milli Silahlı Qüvvələr (MSQ) əlavə təfərrüatları öyrənmək üçün araşdırmaları davam etdirir./report


SON XƏBƏRLƏR

16 Sentyabr 2024