• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyədən gələn maşında sursat aşkarlandı

HADİSƏ

09 Sentyabr 2024 | 18:12 | Müəllif: Subhan Mahmudov

Türkiyədən gələn maşında sursat aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsi rentgen qurğusundan keçərkən monitorda şübhəli təsvirlər müşahidə olunub və avtomobil əsaslı yoxlamaya cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altındakı boşluqdan yivli odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan 23 ədəd 7,62x39 mm kalibirli patron və 1 ədəd sandıqça aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026