• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Rusiya müdafiə naziri dövlət sirlərinə nəzarət edəcək

DÜNYA

09 Sentyabr 2024 | 17:20

Rusiya müdafiə naziri dövlət sirlərinə nəzarət edəcək

Rusiya müdafiə naziri müdafiə idarəsində, onun orqanlarında və təşkilatlarında dövlət sirlərinə girişin əldə edilməsi qaydasını müəyyən edəcək. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Sənədə əsasən, vətəndaşların dövlət sirri ilə tanış olmasının, habelə dövlət sirrini təşkil edən məlumatların əldə edilməsi, yenidən qeydiyyata alınması və onlara xitam verilməsi qaydasını müdafiə naziri müəyyən edəcək.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, mayın 14-də Andrey Belousov müdafiə naziri təyin edilib. O, bu vəzifədə Sergey Şoyqunu əvəzləyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

16 Sentyabr 2024