• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Paris-2024: Həsrət Cəfərov yarımfinalda uduzdu - YENİLƏNİB 

İDMAN

07 Avqust 2024 | 20:32

Paris-2024: Həsrət Cəfərov yarımfinalda uduzdu - YENİLƏNİB 

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

İdmançımız bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

16:15

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Ukraynanı təmsil edən digər azərbaycanlı güləşçi Pərviz Nəsibov olacaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:15-də baş tutacaq.

Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024