• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avropa çempionatı: Daha iki cüdoçumuz qızıl medal qazandı - YENİLƏNİB

İDMAN

06 Sentyabr 2024 | 17:44

Avropa çempionatı: Daha iki cüdoçumuz qızıl medal qazandı - YENİLƏNİB

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının ikinci günündə də iki qızıl medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, son olaraq Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.

Bu gün Vüsal Qələndərzadə (73 kq) qızıl mükafata sahib çıxıb.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.

***

16:55

Azərbaycanın daha bir cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Vüsal Qələndərzadə (73 kq) finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edib.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.

***

16:30

Azərbaycanın daha iki gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunlar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürovdur (81 kq).

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026