• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Bayden "Helen" qasırğasının baş verdiyi ərazilərə baş çəkib

DÜNYA

03 Oktyabr 2024 | 14:56

Bayden Helen qasırğasının baş verdiyi ərazilərə baş çəkib

ABŞ prezidenti Co Bayden “Helene” qasırğasından ən çox zərər çəkən Şimali Karolina və Cənubi Karolina ştatlarına səfər edib və regionların ən qısa zamanda bərpa olunacağına söz verib.

Bakıvaxtı.az ABŞ mediasına istinadla xəbər verir ki, ABŞ prezidenti Bayden ölkənin cənub-şərq bölgələrinə təsir edən və böyük fəsadlar törədən “Helen” qasırğasından sonra iki ştata baş çəkib və təftiş edib.

70-dən çox insanın həyatını itirdiyi Cənubi Karolina və Şimali Karolinada təmaslar zamanı yerində yoxlamalar aparan Bayden qasırğanın fəsadlar törətdiyi yerlərdə bütün federal və əyalət qüvvələrinin  Amerika xalqının  yanında olduğunu bildirib.

Dərhal 1000 əsgərin bölgəyə göndərilməsi əmrini verdiyini və büdcədən lazım olan bütün dəstəyin tez bir zamanda köçürüləcəyini vurğulayan Bayden təbii fəlakətdən zərər çəkmiş bölgələri ən qısa zamanda bərpa edəcəyinə söz verib.

ABŞ-nin vitse-prezidenti Kəmalə Harris qasırğadan təsirlənmiş Corciya ştatı ilə əlaqə saxlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Dekabr 2024