• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə Serbiyaya başsağlığı verdi

DÜNYA

02 Noyabr 2024 | 11:40

Türkiyə Serbiyaya başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciə ilə bağlı Serbiyaya başsağlığı verib.

Bu barədə Bakıvaxtı.az quruma istinadən xəbər verir.

“Novi Sad dəmir yolu vağzalında baş verən faciəvi olay nəticəsində insan ölümü xəbəri bizi dərindən üzdü. Həlak olanların ailələrinə və bütün Serbiya xalqına dərin hüznlə başsağlığı veririk”, – Türkiyə XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, noyabrın 1-də Novi Sadda vağzal binasının beton talvarının uçması nəticəsində 14 nəfər ölüb. Yerli KİV hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını yazır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026