Almaniya kansleri Olaf Şolz bazar ertəsi səhər gözlənilməz səfərlə Kiyevə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Spiegel” yazır.
Şolzun səfərdə məqsədi Ukrayna ilə həmrəyliyini ifadə etməkdi. Almaniya “Avropada Ukraynanın ən güclü dəstəkçisi olaraq qalacaq”, - deyən Şolz silah tədarükünü vəd edib.
“Prezident Zelenski ilə görüşdə dekabrda tədarük edilməli olan 650 milyon avro dəyərində əlavə silahlar elan edəcəyəm”, - kansler bildirib.
O, Ukraynanın Almaniyaya arxalana biləcəyini vurğulayıb:
“Biz nə ediriksə, onu da edirik danışırıq”.
Mina Mikayılova