• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Cənubi Koreya Peruya zirehli transportyorlar tədarük edəcək

DÜNYA

02 Dekabr 2024 | 11:07

Cənubi Koreya Peruya zirehli transportyorlar tədarük edəcək

Cənubi Koreyanın "STX" korporasiyası Peruya 60 milyon dollara 30 ədəd "K808" zirehli transportyoru tədarük edəcək.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə şirkət öz saytında məlumat yayıb.

Məlumata görə, ağır hərbi texnika "Hyundai Rotem" tərəfindən istehsal olunur. Sövdələşmə "STX"in il ərzində satışlarının təxminən 9%-ni təşkil edir. Müqavilədə Peru tərəfi "FAME" silah fabriki ilə təmsil olunur.

Şirkət qeyd edib ki, sövdələşmə Peru zavodu ilə 5 illik əməkdaşlığın nəticəsidir. Tərəflər uzunmüddətli texniki əməkdaşlığa, o cümlədən avadanlıqların ixracına sadiqdirlər. Müqavilə Cənubi Koreya zirehli texnikasının Latın Amerikası ölkələrinə tədarükünün ilk nümunəsi olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Dekabr 2024