"Co Baydenin oğlu Hunteri əfv etməsi demokratiya karikaturasıdır"
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova ABŞ prezidenti Co Baydenin qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunan oğlu Hunteri əfv etmək qərarına münasibət bildirib.
"Baydenin bu addımı demokratiya mövzusunda karikaturadır", - deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Co Bayden əvvəllər qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunan oğlunun əfv edilməsi haqqında fərman imzalayıb. O, açıqlamasında prezidentlik müddətinin əvvəlindən Ədliyyə Departamentinin işinə qarışmadığını, ancaq oğlunun mühakimə olunmasını seçmə və siyasi motivli hesab etdiyini vurğulayıb. Bayden mühakiməni ədalətin pozulması kimi xarakterizə edərək, bunun ailə bağları və rəqiblərinin təzyiqindən təsirləndiyini iddia edib.
Gülşən Şərif