"Ukrayna ərazilərinin Rusiyaya müvəqqəti olaraq verilməsi hərbi əməliyyatlara ən qısa zamanda son qoymaq variantlarından biridir".
Bakıvaxtı.az "NTV"yə istinadən xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti ərazilərin müvəqqəti olaraq verilməsi müqabilində təhlükəsizlik zəmanəti almalıdır. Bu təminat Kiyevin Şimali Atlantika Alyansına üzvlüyü ola bilər, lakin ukraynalıları silahlandırmaq və dəstəkləmək üçün başqa yollar var:
"Əgər atəşkəs xətti Rusiyanın bütün işğal olunmuş ərazilərə nəzarəti davam etdirməsi deməkdirsə, bu, o demək deyil ki, Ukrayna bu ərazini həmişəlik tərk etməlidir".
Gülşən Şərif