• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiyalı turistlər Antalyada naməlum virusa yoluxdu

DÜNYA

02 Noyabr 2024 | 13:18

Rusiyalı turistlər Antalyada naməlum virusa yoluxdu

Antalyanın Belek kurort bölgəsində rusiyalı turistlər naməlum virusa yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “SHOT” teleqram kanalı yayıb. 

Məlumata görə, bir neçə turist 39 dərəcədən yüksək temperatur ilə xəstəxanaya müraciət edib. Bildirilib ki, xəstəliyin kəskin mərhələsi 4-5 gün davam edir, bundan sonra isə xəstələnmiş şəxs özünü mütəmadi olaraq yaxşı hiss etməyə başlayır. 

Söhbətin konkret olaraq hansı virusdan getdiyi qeyd olunmasa da, rusiyalı turistlərin koksaki və yaxud koronavirusun yeni növünə yoluxması ehtimal edilir. Bəzi uşaqların əl və ayaqlarında səpkilər də yaranıb.

Türkiyəli həkimlər isə həmin pasiyentlərə kəskin infeksiya diaqnozu qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026