• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Çin Ukrayna münaqişəsində tərəfləri təmkinli olmağa çağırdı

DÜNYA

02 Dekabr 2024 | 12:51

Çin Ukrayna münaqişəsində tərəfləri təmkinli olmağa çağırdı

Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib ki, Çin Ukrayna münaqişəsində tərəflərin təmkinli davranacağına və problemin siyasi yolla həll olunacağına ümid edir.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir ki, diplomat Rusiya tərəfindən nüvə sınaqlarının bərpası perspektivinə dair şərh verərkən münaqişənin həlli üçün dialoq və məsləhətləşmə yoluna üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Vahid Rusiya” partiyasının ali şurasının sədri Boris Qrızlov Qərb siyasətçilərinin 2013-cü ildən etibarən Ukraynanı Avropa İttifaqına cəlb etmək üçün fəal addımlar atdığını və bunun tarixin ən hiyləgər və təsirli yalanlarından biri olduğunu bildirmişdi.

Onun sözlərinə görə, Ukraynadakı bəzi siyasətçilər və cəmiyyətin bir hissəsi ölkəni NATO-nun əlaltısına, vətəndaşlarını isə Qərbin hərbi qüvvəsi və qulu halına gətirib.

Həmçinin Ukraynada NATO-nun təcavüzünə, rus dilinin qadağan edilməsinə və nasizmə qarşı çıxan vətəndaşları birləşdirə biləcək siyasətçi və partiyaların olmadığı vurğulanıb.

O, Donetsk və Luqansk Xalq Respublikaları, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmə ilə bağlı keçirilən referendumların nəticələrini xatırladaraq, belə addımlar üçün əsasların mövcud olduğunu qeyd edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR