"Kiyevdə səfərbərlik yaşı 18 yaşa endirilsə, Ukrayna öz gələcəyini itirəcək".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu siyasi və hərbi strategiya sahəsində analitik, İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Ralf Bosşard deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə (AFU) 18 yaşında əsgərlərin çağırılması yalnız bu gənclərin hərtərəfli təlim keçməsi və döyüşə hazır olması fonunda effekt verə bilərdi:
"Ukrayna son iki ildə olduğu kimi, kifayət qədər təlim keçmiş qoşunları cəbhəyə göndərməli olacaq. Bu halda Rusiya Silahlı Qüvvələri Ukraynaya nəfəs almağa yer verməyəcək".
Gülşən Şərif