• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Dünyanın 100 ən böyük müdafiə şirkəti açıqlandı

DÜNYA

02 Dekabr 2024 | 12:24

Dünyanın 100 ən böyük müdafiə şirkəti açıqlandı

Dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkətinin sayı ötən illə müqayisədə 4,2 faiz artaraq 632 milyard dollara çatıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesabat yayıb.

Hesabatda silah gəlirlərində artımın bütün bölgələrdə müşahidə edildiyi, bu artımın Ukrayna və Qəzzadakı müharibələr, Asiyada gərginlik fonunda artdığı bildirilib.

Maraqlıdır ki, 2018-ci ildən bəri siyahının başında olan 5 şirkətin hamısı ABŞ-da yerləşir. Bu şirkətlərə "Lockheed Martin", "RTX" (keçmiş Raytheon Techologies), "Northrop Grumman", "Boeing" və "General Dynamics" daxildir. Qlobal müdafiə sənayesinin 100 ən böyük şirkəti arasında 41 ABŞ şirkəti 2023-cü ildə 317 milyard dollar dəyərində silah satıb ki, bu da bütün satışların 50 faizini təşkil edir.

Siyahıda yer alan 9 Çin silah şirkətinin ümumi satışları əvvəlki ilə nisbətən 0,7 faiz artaraq 103 milyard dollara çatıb. Çin istehsalçılarından 3-ü (NORINCO, AVIC, CETC) siyahının ilk 10-luğuna daxil olub. Çin şirkətlərinin ümumi satışları bütün qlobal satışların 16 faizini təşkil edib.

Ən yaxşı 100 şirkət arasında mərkəzi ofisi Avropada yerləşən 27 şirkətin ümumi silah satışları 0,2 faiz artaraq 133 milyard dollara çatıb. Hesabatda Avropa şirkətləri tərəfindən sifariş qəbulunun artdığı və bəzi şirkətlərin Ukraynadakı müharibə ilə bağlı tələbatında artım müşahidə edildiyi bildirilib.

Rusiya-Ukrayna müharibəsindən sonra ordusu üçün yeni silahlar almağa başlayan Almaniyada "Rheinmetall", "ThyssenKrupp", "Hensoldt" və "Diehl" şirkətlərinin silah satışı 7,5 faiz artaraq 10,7 milyard dollara çatıb.

Ən böyük 100 şirkət siyahısına yalnız 2 Rusiya şirkəti daxil edilib. Onların ümumi silah gəlirləri 40 faiz artaraq 25,5 milyard dollara çatıb.

Bununla yanaşı, 100 müdafiə sənayesi şirkəti siyahısına 3 türk şirkəti daxil olub. Siyahıda "ASELSAN" 54-cü, "Baykar" 69-cu, "Türk Aerokosmik Sənayesi" isə 78-ci yerdə qərarlaşıb. Türkiyə şirkətlərinin ümumi gəlirləri 24 faiz artaraq 6 milyard dollara çatıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR