Gürcüstanda etiraz aksiyaları zamanı 224 nəfər saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 98 nəfərin barəsində inzibati işlərin materialları Tbilisi Şəhər Məhkəməsinə verilib.
Qeyd olunub ki, 74 nəfərə qarşı məhkəmə prosesi başa çatıb. Onlardan 34-ü həbs edilib, daha 36-sı cərimələnib.
Həmçinin, Gürcüstan Daxili İşlər Nazirliyi etirazlar zamanı 113 polis əməkdaşının yaralandığını bildirib.
Mina Mikayılova