• Bakı 17° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bayramov Siyartonu  Laçın yolundakı vəziyyətlə bağlı məlumatlandırdı

SİYASƏT

03 Fevral 2023 | 15:24

Bayramov Siyartonu  Laçın yolundakı vəziyyətlə bağlı məlumatlandırdı

Xarici İşlər naziri Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu məlumatlandırıb.

Bu barədə Bakıvaxtı.az-a XİN-dən bildirilib.

Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, hadisələrlə bağlı Ermənistan tərəfinin əsassız iddialarının beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşığını bildirib. Nazir, eyni zamanda bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.


SON XƏBƏRLƏR