• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Birinci sinfə imtanahla qəbul nə deməkdir? - Deputat ETİRAZ ETDİ

CƏMİYYƏT

09 Iyun 2023 | 16:49

Birinci sinfə imtanahla qəbul nə deməkdir? - Deputat ETİRAZ ETDİ

Elm və Təhsil Nazirliyinin qərarı ilə birinci sinfə şagird qəbulu zamanı uşaqlara olunan sorğu-suallar, şifahi nitq bacarıqlarının yoxlanılması adı altında təşkil edilən müsahibələr ictimaiyyətdə narazılıqla qarşılanıb. Valideynlər bu qərarı doğru saymayaraq, “uşaq məktəbə qədər hər şeyi biləcəksə, məktəb nəyə görədir” deyərək, etiraz edirlər.

Məsələylə bağlı Bakıvaxtı.az-a danışan deputat Tahir Kərimli bildirib ki, bu, birmənalı şəkildə mənfi haldır:

“Əgər ümumi təhsil məcburi xarakter daşıyırsa, hansı imtahan verməkdən söhbət gedir?!”

Deputat qeyd edib ki, birinci sinifə gələn uşaq ağ kağız kimidir, niyə ondan nəsə tələb olunmalıdır ki, bunu bilirsən, ya bilmirsən.

“Üstəlik, bağçalara əhalinin 80%-i heç getmir. Harda öyrənsinlər, nə deməkdir bu?! Mən buna pis baxıram, belə olmaz. Bu, “Ümumi təhsil haqqında” qanuna zidd məsələdir və aradan götürülməlidir”, - deyə Tahir Kərimli vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR