• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndidə ÇAŞQINLIQ: Bakı buna icazə verdi

CƏMİYYƏT

09 Iyul 2023 | 12:56 | Müəllif: Subhan Mahmudov

Xankəndidə ÇAŞQINLIQ: Bakı buna icazə verdi

Rəsmi Bakının növbəti humanitar addımı Xankəndidəki ermənilər arasında təəccüb və sevinclə qarşılanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mənbələri yazır.

İddia olunur ki, Azərbaycan tərəfi İrəvandan Xankəndiyə verilən qazı qismən bərpa edib. Qazın bərpasından sonra təzyiqlə bağlı vəziyyəti yoluna qoymaq üçün bir neçə saat tələb olunub.

Separatçılar qazı ilk olaraq yanacaqdoldurma məntəqələrinə yönləndiriblər. Onlar qazın verilişinin nəyə görə bərpa olunduğunu anlamayıblar.

Qeyd edək ki, Azərbaycan erməni əsilli vətəndaşlarının normal həyata qayıtması üçün istənilən addımı atmağa hazır olduğunu daha əvvəl də bəyan edib. Lakin Xankədidəki terrorçu rejim buna mane olaraq yerli əhalidə Azərbaycana qarşı aqressiya yaratmağa çalışır./globalinfo.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026