• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur kafedə nöqsanlar aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

08 Avqust 2023 | 12:29

Məşhur kafedə nöqsanlar aşkarlandı - FOTOLAR

Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sahil zolağı, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən “1-ci Sumqayıt Tikinti-Quraşdırma” MMC-yə məxsus “Şərur” kafesində planlı yoxlama aparılıb.

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə sanitariya-gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin üzərində markalanması aparılmayan, mənşəyi məlum olmayan qatıq və istehlak müddəti ötmüş qazsız sular aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, iş personalının üzvlərinin işdən kənarlaşdırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.


Məşhur kafedə nöqsanlar aşkarlandı - FOTOLARMəşhur kafedə nöqsanlar aşkarlandı - FOTOLARMəşhur kafedə nöqsanlar aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR