• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sentyabrın 23-ü saat 10:49:56-da...

CƏMİYYƏT

07 Sentyabr 2023 | 11:28

Sentyabrın 23-ü saat 10:49:56-da...

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.

Bu barədə Bakıvaxtı.az-a  Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 37 dəqiqə 23 saniyə olacaq.

Nərgiz Mənnədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026