• Bakı 23° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Mina təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

06 Oktyabr 2023 | 20:05 | Müəllif: Subhan Mahmudov

Mina təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara çağırış edib.

Qurumun Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, çağırışda bildirilir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

İlkin məlumata əsasən, OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub.

Cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərərçəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdir.

"Unutmayın, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də davam etməkdədir", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026