• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qarabağ meşələrindən tapılan erməni əsgərdən ŞOK AÇIQLAMA

CƏMİYYƏT

05 Noyabr 2023 | 18:51 | Müəllif: Subhan Mahmudov

Qarabağ meşələrindən tapılan erməni əsgərdən ŞOK AÇIQLAMA

Qarabağdakı qondarma "ordu"da xidmət keçən və çox güman ki, sentyabr tədbirləri zamanı fərarilik edən erməni əsgər Rafael Akopyan bir ay sonra tapılıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə erməni mediasına istinadən bildirir.

İddiaya görə, o, meşələrdə gizlənib, sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə Ermənistana aparılıb. 20 yaşlı əsgər Kotayk rayonunun Büreqavan kəndinə köçmüş ailəsinə qovuşub. Valideynlər yeganə oğullarının xilas edilməsini möcüzə adlandırırlar.

Akopyan deyib ki, bu müddətdə yabanı giləmeyvə yeyirmiş, bəzən yemək üçün yaxınlıqdakı kəndlərə enirmiş və bütün bu müddət ərzində müharibənin bitdiyindən, Qarabağın boş olduğundan xəbərsiz imiş./musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026