• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Naxçıvanda 876 daşınmaz əmlak obyekti QEYDİYYATA ALINIB

CƏMİYYƏT

05 Dekabr 2023 | 16:24

Naxçıvanda 876 daşınmaz əmlak obyekti QEYDİYYATA ALINIB

Ötən ay ərzində Naxçıvan Muxtar Respublikasında 876 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin noyabr ayında ümumilikdə 876 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb. Bu dövrdə 689 texniki sənəd hazırlanıb. Həmçinin, ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 93 daşınmaz əmlaka ünvanlar verilib. Naxçıvan Muxtar Respublikasında Ünvan Reyestri İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi, qanunvericiliyə uyğun olaraq ünvan məlumatlarının yenilənməsi və sistemləşdirilməsi məqsədi ilə Babək və Şahbuz şəhərlərinin yeni ünvan xəritələrinin layihəsi hazırlanıb.

Daxil olan vətəndaş müraciətlərinə əsasən ötən ay əmlakların məhdudiyyət və yüklülüyünə dair 153 arayış verilib, müvafiq dövr ərzində hüquqi və fiziki şəxslər tərəfindən elektron xidmətlərə 105 müraciət daxil olub. “ASAN xidmət” Mərkəzində göstərilən müvafiq xidmət növləri üzrə ümumilikdə 736 müraciət icra üçün qəbul olunub.
Hesabat ayı ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 925 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binası sənədləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026