• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha bir məktəbli QIZILCADAN ÖLDÜ - YENİLƏNİB

CƏMİYYƏT

05 Dekabr 2023 | 17:57

Daha bir məktəbli QIZILCADAN ÖLDÜ - YENİLƏNİB

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölümün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq:

 “Həkiməqədər ölüm qeydə alınıb. Təşrih vasitəsi ilə aparılan tibbi ekspertiza nəticəsində şəxsin əsl ölüm səbəbi haqqında son rəy bildrimək mümkündür”.

Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq və dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu qızılcadan vəfat edib.

 

***

17:40

Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, kənd sakini - 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

S.Əliyeva Aşağı Surra kənd tam orta məktəbində təhsil alırmış.

Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırma aparılır./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR