• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

CƏMİYYƏT

05 Dekabr 2023 | 17:00

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıtın bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.
Bakıvaxtı.az
xəbər verir ki, buna səbəb kimi Corat qəsəbəsində ŞQTM-in quraşdırılması və Corat bağlarına çəkilmiş d108mm-lik küçə qaz xəttinin mənbəyə qoşulması göstərilir. 6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər d530 mm-lik “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək. Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026