• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Külək güclənib, yağış yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

05 Dekabr 2023 | 18:20

Külək güclənib, yağış yağıb - FAKTİKİ HAVA

Dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən, Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, öncədən məlumat verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 m/s, Neftçala, Gəncədə 20 m/s, Şəkidə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026