Əksəriyyət yatanda istiqamətini bir neçə dəfə dəyişir. Bununla belə, mütəxəssislərə görə, düzgün istiqamətdə yatmaq səmərəli yuxu və onurğanın sağlamlığını qorumaq üçün çox vacibdir.
Bəs hansı tərəfdə yatmaq daha sağlamdır?
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yuxuya getməzdən əvvəl nəzərə alınmalı olan bir neçə şey var. 2017-ci ildə aparılan bir araşdırmaya görə, böyüklərin 54%-i yan üstə yatır. ABŞ-da bir universitetdə aparılan araşdırmada yan üstə yatmağın beynin təmizlənməsində daha təsirli olduğu ortaya çıxıb.
Yan üstə uzanmaq limfa sistemlərinin fəaliyyətində arxa və ya üz üstə uzanmaqdan çox daha təsirli olur. Limfa sistemlərinin işləmə üsulu beyində arzuolunmaz kimyəvi maddələrin yığılmasının qarşısını almaqda mühüm rol oynayır. Yan üstə uzanan insan limfa sisteminə və beyin kimyəvi maddələrinə müsbət təsir göstərir.
Bundan əlavə, beyindəki sinir hüceyrələri və kapilyarlar genişləndiyi üçün tullantıların çıxarılması sürətlənir. Beləliklə, Alzheimer və Parkinson kimi xəstəliklərin inkişaf riski azalır.
Sağ və ya sol üstə uzanmağın fərqi var?
Hər iki tərəfdə yatmağın müsbət cəhətləri var. Məsələn, sağ tərəfə uzanaraq yuxuya gedirsinizsə, sağ burun dəliyi bağlanır, sol açılır. Sol burunla nəfəs alan fərddə sağ beyin yarımkürəsinin funksiyası yüksəlir və sağ yarımkürənin stimullaşdırılması ilə ürək döyüntüsü, mədə-bağırsaq fəaliyyətləri yavaşlayır, sinir sisteminin fəaliyyəti artır, qan təzyiqi azalır. Bir sözlə, bədən tədricən yuxuya gedir. Mütəxəssislər deyirlər ki, daha aydın yuxu düzgün istiqamətdə əldə edilir.
Sola doğru yatan insanın mədəsi qida borusundan aşağı olur. Bu, mədə turşusunun özofagusa qalxmasının qarşısını alır. 2022-ci ildə edilən bir araşdırmada, sol tərəfində yatan insanların sağ tərəflərinə nisbətən reflü şikayətlərindən daha az əziyyət çəkdikləri ortaya çıxıb.
Bir insanda yuxu apnesi varsa, sağ tərəfdə yatmaq tövsiyə olunur. Tədqiqatçılar yuxu apnesinin əlamətlərinin sağ tərəfə üstünlük verildiyi zaman daha çox azaldığını bildirirlər.
Ay Tac

















