• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AZAL-dan sərmişinlərə ŞAD XƏBƏR

CƏMİYYƏT

08 Avqust 2023 | 11:53

AZAL-dan sərmişinlərə ŞAD XƏBƏR

"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb.

Bakıvaxtı.az AZAL-a istinadən xəbər verir ki, indi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər.

Beləliklə, AZAL öz sərnişinlərinə əlavə üstünlüklər təqdim etməyə və onların səyahət təcrübəsini yaxşılaşdırmağa çalışır.

Onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinlərə daha çox rahatlıq və çeviklik təmin edəcək. Bu xidmət onlara səyahətlərini daha diqqətlə planlaşdırmağa kömək edəcək.

Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.

Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin www.azal.az rəsmi saytına daxil olmalıdırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026