• Bakı 18° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sabah 43 dərəcə isti olacaq - PROQNOZ

CƏMİYYƏT

08 Avqust 2023 | 11:53 | Müəllif: Qalib İbrahimoğlu

Sabah 43 dərəcə isti olacaq - PROQNOZ

Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026