• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

BDYPİ-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

CƏMİYYƏT

08 May 2023 | 12:04

BDYPİ-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

DİN-in Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Bakıvaxtı.az xəbər verir ki, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində daxili işlər orqanlarında keçirilən silsilə tədbirlərdən biri də DİN-in Baş Dövlət Yol Polisi İdarəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamladığını, böyük düha sahibi olan Ümummilli Liderin xalqa bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin rəmzi olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ümumən ölkəmizin dövlətçilik tarixində misilsiz xidmətləri barədə ətraflı məlumat verən polis general-mayoru Ramiz Zeynalov, Ümummilli Liderin daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolunu, şəxsi heyətə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. ​

Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən “Tarixin izi ilə” adlı sənədli film nümayiş olunub.


BDYPİ-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib - FOTOLARBDYPİ-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib - FOTOLARBDYPİ-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib - FOTOLARBDYPİ-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026