• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Qaçırılan məktəbli qız ailəsinə verildi

CƏMİYYƏT

07 Iyun 2023 | 10:46

Qaçırılan məktəbli qız ailəsinə verildi

Salyan rayonunda qaçırılan məktəbli qızın yeri müəyyən edilib. 

Bakıvaxtı.az xəbər verir ki, 15 yaşlı qız tapılaraq ailəsinə verilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat təsdiqlənib. 

Bildirilib ki, iyunun 6-da Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını bildirib:

“Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək RPŞ-nə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026