“Tikinti sektorunda cinayət halları artıb. Son illərdə tikinti sahəsində fəaliyyət göstərən 20 sahibkar həbs olunub”.
Bakıvaxtı.az xəbər verir ki, “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda keçirilən konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
O qeyd edib ki, tikinti sahəsindəki problemlərdən əhali və kommersiya bankları əziyyət çəkirlər: “Keyfiyyətli xidmət göstərmək əvəzinə vətəndaşları aldatmağı özünə hədəf seçənlər var. Bunun nəticəsidir ki, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi göndərilən şikayətlərin 90 faizdən çoxu bu tikinti sektoru ilə bağlıdır”.
Ramid İbrahimov
















